"Barselona" hücumçu Jorj Mikautadzenin mümkün transferi ilə bağlı "Vilyarreal"la əlaqə saxlayıb. Sport24.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Vilyarreal" Gürcüstan millisinin 25 yaşlı oyunçusuna 70 milyon avro qiymət qoyub. Xulian Alvaresi Madrid "Atletiko"sundan transfer edə bilməyən katalonlar alternativ variant kimi Mikautadzenin keçidini nəzərdən keçirilir.
Mikautadzenin "Vilyarreal"la hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, gürcü hücumçu ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 44 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.