Trabzonspor "Əl-Hilal"ın hücumçusu Kərim Benzema ilə əlaqə saxlayıb və fransız hücumçunun potensial transfer şərtləri ilə maraqlanıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Yağuz Sabuncuoğlu sosial media hesabında paylaşım edib.

 

Türkiyə klubu Benzemanı cari "transfer pəncərəsi" zamanı razılığa gələ bilmədiyi Darvin Nunesə alternativ olaraq görür.

 

38 yaşlı fransızın hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, Benzema bu mövsüm meydana çıxdığı iki oyunda bir qol vurub.