Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatacaq. Sport24.az xəbər verir ki, bu gecə meydana çıxacaq komandalar arasında Azərbaycan çempionu "Sabah" da var. 

 

"Bayquşlar" Rumıniyanın paytaxtı Buxarestdə İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, cütün qalibi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

 

23:00. "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" (Azərbaycan)

Hakimlər: DAVİDE MASSA (İtaliya), Filippo Meli, Alessio Bert, Matteo Marcenaro (Hamısı İtaliya).

Buxarest. "Culeşti" stadionu