"Benfika" müdafiəçisi Alessandro Çirkatinin transferi ilə bağlı "Parma" ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

"Qartallar" avstraliyalı futbolçu üçün 20 milyon avro və bonuslar ödəyəcək. Razılaşma hələ ki, şifahi formada təsdiqlənib. Tərəflər yaxın günlərdə rəsmi sənədlərə imza atacaq.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm "Parma"nın heyətində bütün turnirlərdə 33 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. edib. Çirkati DÇ-2026-da Avstraliya millisinin formasında 4 oyun keçirib.