"Çarlton" ev oyunlarını keçirdiyi "The Valley" stadionunda kişi cəsədinin tapıldığını bildirib. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi hadisə ilə bağlı dərhal polisə məlumat verib.

 

Polis isə hələlik mərhumun şəxsiyyəti və ya ölüm səbəbi ilə bağlı əlavə məlumat yaymayıb.

 

"Çartlton" rəsmiləri hadisəni görən və ya dünyasını dəyişən şəxsi tanıyan hər kəsi polisə müraciət etməyə çağırıb.

 

Qeyd olunur ki, hadisə  "Çarlton" - "Derbi Kaunti" (2-1) qarşılaşmasından sonra baş verib.