"İnter" "Liverpul"un yarımmüdafiəçisi Kortis Consun transferində maraqlıdır. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan klubu 25 yaşlı ingilis üçün 30 milyon avro ödəməyə hazırdır.

 

Consun keçidi İtaliya təmsilçisi üçün prioritet hədəf hesab olunur.

 

Qeyd edək ki, futbolçunun "Liverpul"la hazırkı müqaviləsi bir ildən sonra başa çatır. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 49 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.