"Əl-Hilal" "Aston Villa"nın hücumçusu Ollie Uotkinsin transferi ilə bağlı hərəkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə "TalkSport" məlumat yayıb.
Məlumata görə, "Əl-Hilal" Harri Keyn və Viktor Osimhenlə bağlı danışıqlarda istədiyi nəticəni əldə edə bilmədikdən sonra diqqətini Uotkinsə yönəldib. İngiltərə millisinin üzvü Səudiyyə Ərəbistanına keçidə müsbət yanaşır və böyük məbləğli müqavilənin şərtləri üzrə ilkin razılıq əldə olunub.
"Əl-Hilal" indi "Aston Villa" ilə rəsmi danışıqlara başlamağa hazırlaşır. Tərəflər arasında transfer məbləği ilə bağlı hələlik razılıq yoxdur.
Qeyd edək ki, Ollie Uotkins 2020-ci ildən Birmingem təmsilçisinin formasını geyinir.