"Sabah"ın nəyə qadır olduğunu çox yaxşı bilirdik. İlk turda rəqibimizin avrokuboklardakı oyunları da göstərir ki, hazırda çempionatın ən hazırlıqlı komandasıdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Şakir Seyidov deyib.
25 yaşlı yarımmüdafiəçi komandasının Misli Premyer Liqasının ilk turunda "Sabah"a məğlub olduğu oyunu şərh edib:
"Buna baxmayaraq, rəqibdən çəkinmirdik. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik və meydanı məğlub tərk etdik. Oyunun müəyyən epizodlarında daha diqqətli olsaydıq, nəticə bizim üçün fərqli ola bilərdi. Əlbəttə, vurduğumuz qol sayılsaydı, ssenari fərqli ola bilərdi. Həmin epizoddan sonra oyunun gedişatının bizim xeyrimizə dəyişəcəyinə inanırdıq. Amma artıq bu qarşılaşmanı geridə qoymalıyıq. Qarşıda bizi digər vacib oyunlar gözləyir. Əsas məqsədimiz hər qarşılaşmada maksimum nəticə üçün mübarizə aparmaq, mümkün qədər çox xal toplamaq və turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaqdır. Bunun üçün buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq".
Qeyd edək ki, "Sabah" "Kəpəz" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.