"Kayrat"ın futbolçuları baş məşqçisi Kurban Berdıyevdən narazıdırlar. Sport24.az championat.com-a istinadən xəbər verir ki, vəziyyətlə tanış olan şəxs bununla bağlı sayta açıqlama verib.
Bildirilir ki, təcrübəli rusiyalı mütəxəssisdən daha çox şey gözləyirdilər: "Berdıyev müdafiə futbolçu oynayır, belə oyun yoxdur. Komandadakı futbolçular autsayderlərə qarşı belə bu cür oynanılmasından narazıdırlar".
Berdıyevin yaydan çalışdırdığı son Qazaxıstan çempionu hazırda 44 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində oktyabrın 21-i "Kayrat"ı qəbul edəcək.