Bu gün I Liqada 23-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 2 qarşılaşma baş tutacaq.
"Şimal" "Bakı Sportinq"lə, "Difai" isə "Səbail"lə qarşılaşacaq. Hər iki görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Şəfa" MOİK-i (3:0), "Cəbrayıl" "Mingəçevir"i (2:1), "Şahdağ Qusar" isə səfərdə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.
23 aprel (cümə axşamı)
16:00. "Şimal" – "Bakı Sportinq"
Şamaxı OİK stadionu
16:00. "Difai" – "Səbail"
Buzovna qəsəbə stadionu