"Qarabağ"la oyunlar "Sabah"ın futbolçusu Stiv Solvet üçün baha başa gəlib. Sport24.az xəbər verir ki, 30 yaşlı müdafiəçi həm Misli Premyer Liqasında cəzalı duruma düşüb.

Fransalı oyunçu "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 28-ci turunun oyununda sarı vərəqə görüb. Çempionatda dördüncü dəfə bu halla üzləşən oyunçu 29-cu turda "Karvan-Yevlax"la görüşü buraxacaq.