"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın zədələnməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis "Selta" ilə matçda (1:0) zədələnən 18 yaşlı futbolçunun vəziyyətini dəyərləndirib.

Alman mütəxəssis futbolçunun vəziyyətinə yaxın saatlarda aydınlıq gələcəyini bildirib:

"Sabahı (bu günü) gözləyəcəyik. Tibbi müayinədən sonra dəqiq diaqnoz məlum olacaq və vəziyyətə baxacağıq".

Baş məşqçi Yamalın komandadakı rolunu yüksək qiymətləndirib və onun yoxluğunun ciddi itki olduğunu vurğulayıb:

"Lamin bizim üçün çox vacib oyunçudur. Onun meydanda olması oyun planımıza birbaşa təsir edir".

Qeyd edək ki, Lamin Yamal qarşılaşmanın birinci hissəsinin sonlarında zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.