Millimizin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kryu" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, komanda 9-cu turda "Los Anceles Qalaksi"ni qəbul edib.

 

Matç "Kolumbus Kryu"nun qələbəsi ilə başa çatıb – 2:1. Nəriman bu oyunda meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

 

Qeyd edək ki, "Kolumbus Kryu" Şərq Konfransında 9 xalla 9-cu sıradadır.