"Çelsi" istefaya göndərdiyi baş məşqçi Liam Roseniora 27,6 milyon avro təzminat ödəyəcək. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Bu o deməkdir ki, məşqçi hər oyun üçün 174.000 avro və hər qələbə üçün 364.000 avro qazanıb.
Qeyd edək ki, bu futbol tarixində baş məşqçiyə ödəniləcək ən böyük təzminatlardan biridir. "Çelsi" 41 yaşlı məşqçinin rəhbərliyi altında ardıcıl beş Premyer Liqa oyununda bir qol belə vurmadan məğlub olub.
Qeyd edək ki, Rosenior "Çelsi"yə yanvar ayında "Strasburq"dan keçib. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilə qədərdir. Hazırda aktivində 48 olan London klubu turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.