"Çelsi"nin əfsanəvi kapitanı Con Terri klubun məşqçilər korpusunda yer alacağı ilə bağlı gəzən şayiələrə son qoyub. Sport24.az xəbər verir ki, veteran müdafiəçi sosial şəbəkə hesabında azarkeşlərin suallarını cavablandırarkən klub rəhbərliyi tərəfindən müvvəqəti baş məşqçi Kalum Makfarleynin heyətinə cəlb olunacağı barədə heç bir rəsmi təklif almadığını bildirib:
"Hazırda əsas komandada məşqçilər heyətinin necə formalaşacağı bəlli deyil. Şəxsən mənə nə rəhbərlikdən, nə də Makfarleyndən heç bir zəng və ya mesaj gəlməyib. Sabah yenə akademiyada olacağam və işimi davam etdirəcəyəm. Bizim işimiz komandanı hər şəraitdə dəstəkləməkdir".
Klubun əfsanəsi komandanın hazırkı durumu ilə bağlı narahatlığını da gizlətməyib. O, "Çelsi"nin transfer siyasətini və Avropa zonasına düşmək şanslarını sual altına alıb. Terrinin fikrincə, klubun gələcəyi ilə bağlı qeyri-müəyyənlik azarkeşləri ciddi şəkildə qayğılandırır.
Qeyd edək ki, hazırda Premyer liqanın 7–8-ci yerlər uğrunda mübarizə aparan londonlular, Avropa kuboklarına vəsiqə qazanmaq üçün kritik oyunlar ərəfəsindədir.