Fransanın PSJ klubu heyətin gücləndirilməsi istiqamətində növbəti addımını atmağa hazırlaşır. Paris təmsilçisi bu dəfə "Vest Hem"in yarımmüdafiəçisi Mateus Fernandesi transfer siyahısına daxil edib. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato French" məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi artıq 21 yaşlı futbolçunun keçidi ilə bağlı ilkin təmaslara başlayıb.
Bu addım Luis Kampusun idman direktoru vəzifəsinə gəlişindən sonra paytaxt klubunun Portuqaliya bazarına yönələn transfer siyasətinin davamı hesab olunur.
Qeyd edək ki, PSJ son illərdə Vitinya, Qonsalo Ramos, Joao Neves və Nuno Mendes kimi portuqaliyalı istedadları heyətinə qatıb.