"Mən bu an üçün çox xoşbəxtəm. Çünki, çətinliklərlə də üzləşmişəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Patrik Mbina deyib.
Qabonlu hücumçu "Qarabağ"a 2:1 qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:
"Buraya gələndə məşqlərə qatılırdım. Çox çətin idi. Tək məşq edirdim. Komanda yoldaşlarımı televizorda izləyirdim, onların oynadığını görürdüm. Sonra geri qayıdanda iki yaxşı fürsəti qaçırdım. Amma indi Allaha şükür edirəm, nəhayət alındı".
Qarşılaşmada qələbə qolunu vuran afrikalı forvard bunun üçün xoşbəxt olduğunu söyləyib:
"Mən çox xoşbəxtəm. Bu hisslərimi ifadə edə biləcək yeganə sözdür".
Qeyd edək ki, ilk görüş 2:2 hesabı ilə bitdiyi üçün "Sabah" finalda "Zirə"nin rəqibi olub.