"Napoli"nin keçmiş yarımmüdafiəçisi Marek Hamşik Slovakiya millisinin baş məşqçisi vəzifəsinə namizəddir. Sport24.az xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb.
Marek 2025-ci ilin yayında ikinci dəfə karyerasını bitirmək qərarına gəlib. Bundan sonra keçmiş yarımmüdafiəçi "Dukla" (Banska Bystrica) klubunun sahiblərindən biri olub və onların gənclər komandasına rəhbərlik edib. Slovakiya futbolunun əfsanəsi həmçinin milli komandada menecer vəzifəsini də öz üzərinə götürüb.
Hamşik oyunçu karyerası ərzində iki İtaliya Kubokunu və bir İtaliya Super Kubokunu qazanıb, səkkiz dəfə "Napoli"nin "ilin oyunçusu" seçilib. Slovakiyalı "Trabzonspor"la Türkiyə Super Kubokunu və Türkiyə Super Liqasını qazanıb. Hamşik Slovakiya millisində rekord sayda - 138 oyun keçirib, 26 qol vurub və 21 məhsuldar ötürmə edib.
Qeyd edək ki, italyan məşqçi Françesko Kalzonanın məşqçilik etdiyi Slovakiya DÇ-2026-ya vəsiqə qazana bilməyib. Onlar A qrupunda ikinci yeri tutublar (ən yüksək reytinqli Almaniyadan sonra). Daha sonra Kalzonenin komandası pley-off yarımfinalında Kosovoya (3:4) məğlub olub.