"Börnli" növbəti mövsüm İngiltərə Premyer Liqasında qalmaq üçün riyazi şansını itirib. Sport24.az xəbər verir ki, komanda İngiltərə Premyer Liqasının 34-cü turunda "Mançester Siti"yə 1-0 hesabı ilə məğlub olub.
Bu qələbə sayəsində "şəhərlilər" Premyer Liqada birinci yerə yüksəldib. Eyni zamanda, meydan sahibləri yüksək liqada qalmaq şanslarını itirib. Mövsümün sonuna dörd tur qalmış "Börnli" 17-ci yerdən 13 xal geridədir.
Qeyd edək ki, Skott Parkerin komandası Çempionşipə düşən ikinci komanda olub. Sonuncu yerdə olan "Vulverhempton" da elitada qalmaq şansını itirib.