Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəsr" Asiya Çempionlar Liqası 2-də finala yüksəlib. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi yarımfinalda Qətərin "Əl Əhli" klubunu məğlub edib – 5:1.

 

Komandanın qollarını Kinqsli Koman (3), Ancelo və Abdulla Hamdan vurub.

 

"Əl Nəsr" finalda Yaponiya təmsilçisi "Qamba Osaka" ilə qarşılaşacaq.