Türkiyə Super Liqasının XXXI turu çərçivəsində keçiriləcək "Qalatasaray" – "Fənərbağça" matçının təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, İstanbul derbisini Yasin Kolun idarə edəcək.

 

Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Çağdaş Altay yerinə yetirəcək.

 

Aprelin 26-da keçiriləcək "Qalatasaray" – "Fənərbağça" oyunu saat 21:00-da start götürəcək. "Qalatasaray" 71 xalla lider, "Fənərbağça" isə 67 xalla ikincidir.