Yarımmüdafiəçi Frenki de Yonq "Barselona"nın tarixinə düşüb. Sport24.az xəbər verir ki, o, Kataloniya klubunda ən çox oyun keçirən niderlandlı futbolçu statusunu qazanıb.
De Yonq La Liqada XXXIII turda "Selta" ilə matçda ikinci hissədə meydana daxil olub. Niderlandlı futbolçu bununla da "Barselona" formasıyla 293-cü matçına çıxıb.
Əvvəlki rekordçu 292 oyunla Fillip Koku idi.