"Beşiktaş"ın baş məşqçisi Öndər Karavəli bu gün şəxsi "İnstagram" səhifəsində maraqlı bir paylaşım edib. Sport24.az xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla birgə şəklini paylaşaraq, ağdamlılara "Marsel"lə oyunda uğurlar arzulayıb.

Bir müddət əvvəl "qara qartallar"ın Musa Qurbanlını transfer etmək istəyi ilə bağlı xəbər yayılmışdı. Düzdü, sonradan hər iki tərəf bunu təkzib etdi. Bəs indiki görüş hansısa gözlənilən transferdən soraq verir? “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bunları deyib: "Biz yanvarın 26-da artıq Antalyanı tərk edəcək, ölkəmizə qayıdacağıq. Türkiyə çempionatında fevralın 6-na qədər fasilədi. "Beşiktaş" fasilədən yararlanaraq, yanvarın 27-dən bizim qaldığımız məkanda təlim-məşq toplanışında olacaq. Öndər Karavəli burdakı şərait, otaqlar, məşq meydanları ilə tanış olmaq üçün gəlmişdi. Bir neçə il əvvəl “Qarabağ"da da çalışıb. "Qarabağ"ın burda olduğunu biləndən sonra Qurban Qurbanovla görüşdü. Yəni görüş tam təsadüf olub" (football-plus.az).