"CBC Sport"un Premyer Liqamızın XVIII turuna şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, turun açılış matçını Fərid Axundov şərh edəcək. Bu, saat 16:00-da "ASCO Arena"da keçiriləcək "Səbail" - "Keşlə" matçıdı. 

Bu gün saat 18:15-də "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Qəbələ" matçını Elnur Məmmədlinin şərhində izləyəcəyik. 

Sabah saat 16:00-da "Kapital Bank Arena" keçiriləcək "Sumqayıt" - "Zirə" qarşılaşmasının şərhçisi Ramiz Mirzəzadə olacaq. Bundan sonra - saat 18:15-də "Bakcell Arena"da başlayacaq "Neftçi" - "Sabah" oyununda şərhçi kimi Rüstəm Əfsərlinin olması nəzərdə tutulub. Ancaq dəyişikliyin baş verməsi də mümkündü ki, bu, sabah bilinəcək.