"Qarabağ" avrokuboklarda yoluna davam etmək üçün bu gün mütləq qalib gəlməlidir. Bu qədər komandanın içində xal qazanmasan, digərləri səni ötüb keçəcək". Bu sözləri Sport24.az-a açıqlamaslında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Malmö" oyununu barədə fikirlərini açıqlayıb: "Rəqib aqressiv pressinq edən komandadır. Təxmin edirəm ki, isveçlilərin uzun yol qət etməsi, həmçinin də süni örtüyə öyrəşən komandanın təbii otda oynaması narahatlıq yaradacaq. Bu, rəqibin oyununa təsir edəcək. "Qarabağ"ın bu matçda yaxşı çıxış edəcəyini düşünürəm. Bu dəfə qol imkanlarımızdan maksimum yararlana biləcəyik. Jununinyonun tilsimi nə vaxtsa qırılmalıdır. Komandamız bu oyunda rahat qalib gələcək. Əks halda Avropa Liqasında yolumuz çətin olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı sabah saat 20:45-da start götürəcək.