Rusiyanın “Matç”TV kanalının şərhçisi Nobel Arustamyan AVRO-2020-nin oyunlarına akkreditasiya alıb, amma... Sport24.az-ın əldə etdiyi məlumata görə, o, Bakının ev sahibliyi edəcəyi oyunlara gələ bilməyəcək.
Görünən budu ki, ilk gündən rəsmi mövqeyini ortaya qoyan Azərbaycan, işğal altında olduğu zaman dəfələrlə Qarabağa səfər etmiş erməni şərhçinin paytaxtımıza gəlişinə icazə verməyib.
Qeyd edək ki, Arustamyan Azərbaycanda “persona non grata” - arzuolunmaz şəxs elan edilib və onun ölkə hüdudlarında daxil olması qadağandır.