"Başabaş matç oldu". Sport24.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan çempionatında "Abşeron"la oyunu şərh edərkən deyib.

 

Türkiyəli mütəxəssis məğlubiyyətin səbəblərini açıqlayıb: "Bir çox yerdə matçda qalib gəlmək üçün şansımız yarandı. Lakin bəsit səhvlər etdik. Yanlış hücum seçimlərdən dolayı xal qazana bilmədik. Rəqib də bundan istifadə etdi. Lazımi tədbirləri görəcəyik. Daha öncəki oyunlardakı kimi yaxşı çıxış etməyə çalışacağıq".

 

Qeyd edək ki, "Sərhədçi" 79:86 hesabı ilə uduzub. Onlar bu məğlubiyyətdən sonra turnir cədvəlində 3-cü pilləni "Abşeron"a təhvil veriblər.