"Sabah" bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv İsveç təmsilçisi "Norrçepinq Dolfins"i qəbul edəcək.

 

Bakı İdman Sarayında reallaşacaq görüş saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, "Sabah" daha əvvəl G qrupunda "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə (Yunanıstan) isə doğma meydanda 70:82 hesabı ilə məğlub olub.