FIBA Avropa Kubokunun müntəzəm mövsümündə "G" qrupunun 4-cü turu çərçivəsində keçiriləcək "Sabah" BK (Azərbaycan) – "Spiru" (Belçika) oyunun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 2,3 və 5 manat təşkil edir.

 

Oktyabrın 30-u saat 19:00-da başlayacaq oyuna biletləri iticket.az-da əldə etmək mümkündür. 

 

Qeyd edək ki, "Sabah" BK qrupdakı üç görüşü də uduzub.