"Sabah" daha 3 basketbolçusu ilə bağlı qərarını açıqlayıb.

Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Mayk Holton, Artyoms Butyankovs və Kamron Blu ilə müqaviləni yeniləyib.

Hər 3 oyunçu daha 1 il "Sabah"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" daha öncə Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədovla da müqaviləni yeniləyib.