Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Quba mərhələsinə start veriləcək.

Sport24.az xəbər verir ki, 8 komanda iki qrupda mübarizə aparacaq.

Azərbaycan təmsilçisi "Baku Flames" A qrupunda üç matç keçirəcək. Havva Nastakalova, Sali Al-Xuri, Nailə Əlisultanova və Ləman İbrahimovadan ibarət komandamız Niderland, Çin U-24 və Avstraliya ilə görüşəcək.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

Qadın seriyası, Quba mərhələsi
Qrup mərhələsi, A qrupu
20 iyul

16:30. Niderland - "Baku Flames" – 21:4
18:10. Çin U-24 - "Baku Flames"
20:00. Avstraliya - "Baku Flames"