Dünən gecə Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Niderland - Serbiya (2:1) oyunu meydan sahiblərinin müdafiəçisi Vircil van Deyk üçün əlamətdar olub.

 

35 yaşlı niderlandlı futbolçu karyerasında millinin heyətində 100-cü oyununu keçirib. 

 

Bununla da Vircil van Deyk Niderland yığmasının tarixində 100 oyun həddinə çatan 11-ci futbolçu oldu.

 

Qeyd edək ki, millidə ən çox oyun keçirməklə bağlı rekordçu isə hələ də "Ayaks", "Real" və "İnter" formasını geyinmiş yarımmüdafiəçisi Uesli Sneyderdir. O, ümumilikdə 134 matçda iştirak edib.