Asiya Futbol Konfederasiyası (AFC) milli komandalar üçün Millətlər Liqası təsis etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Rəsmi açıqlamanın bu şənbə günü keçiriləcək brifinqdə veriləcəyi gözlənilir. Turnir 2030-cu ildən başlayaraq iki ildən bir keçiriləcək.

 

Yeni yarışda konfederasiya üzvləri 3 liqaya bölünəcək. İlk iki liqanın hər birində 18 ölkə, üçüncüdə isə üç qrupa bölünmüş 11 ölkə yer alacaq.