Millətlər Liqası matçının fasiləsi zamanı baş verən mübahisə əsnasında İsrail yığmasının oyunçusu İrlandiya millisinin məşqçilərindən birinin üzünə tüpürüb. Sport24.az xəbər verir ki, bu barədə "The Irish Times" qəzeti məlumat yayıb.

 

Fiziki hazırlıq üzrə məşqçi Damien Doyl bildirib ki, komandalar fasiləyə yollanarkən rəqib oyunçu onun üzərinə tüpürüb. Hadisənin hakimlər tərəfindən protokola daxil edilib-edilmədiyi hələlik məlum deyil.

 

Qeyd edək ki, Millətlər Liqasının B liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əvvəlki qarşılaşmada olduğu kimi, bu dəfə də rəqib tərəflər əl sıxmayıblar.