"Tottenhem"ın baş məşqçisi Roberto De Zerbi "Brayton"un cinah oyunçusu Kaoru Mitomanı sərəncamında görmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

"Qağayılar"  2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq məqsədilə yaponiyalı futbolçu ilə danışıqlar aparır. Əgər yeni razılaşma əldə olunmasa, "Brayton" mövsümün sonunu gözləməyəcək və 29 yaşlı oyunçunu yanvarda satmağa çalışacaq. "Tottenhem" isə bu fürsətdən yararlanmağa hazırdır.

 

Qeyd edək ki, Mitoma bu mövsüm hələ bir dəqiqə belə meydanda olmayıb. Onun yoxluğu martda aldığı zədə ilə bağlıdır.