"Sportinq"in müdafiəçisi İvan Fresneda "Barselona"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Ojoqo" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Kataloniya klubu 22 yaşlı futbolçu ilə hələ o, "Valyadolid"də çıxış edərkən maraqlanıb. Lakin ispan oyunçu sonda karyerasını Portuqaliya liqasında davam etdirməyə qərar verib.

 

Ötən yay Avropanın bəzi klubları klubları, o cümlədən "Roma" da Fresnedanı "rənglərinə bağlamaq" istəyirdi.

 

Qeyd edək ki, müdafiəçi cari mövsümdə 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ispan futbolçu bütün turnirlərdə 39 matçda iştirak edərək 1 qol vurub və 3 məhsuldar ötürmə edib.