Bu gün basketbol üzrə Azərbaycan kubokunda IV tura yekun vurulub.

Sport24.az xəbər verir ki, B qrupunda 2 matç baş tutub.

Günün ilk qarşılaşmasında "Gəncə" NTD-İNDİQO ilə qarşılaşıb. Gözlənildiyi kimi, Xaçmaz basketbolçuları asan qələbə qazanıblar.

Günün digər oyununda gözlənilməz nəticə qeydə alınıb. Son çempion "Sabah" "Sərhədçi"yə uduzub. Matçın sonunu daha yaxşı keçirən "sərhədçilər" 5 xallıq fərqlə qalib gəliblər.

Qeyd edək ki, oyunlar "Sərhədçi" İdman Mərkəzində keçirilib.

Azərbaycan kuboku
9 mart
B qrupu, IV tur

16:30. "Gəncə" – NTD-İNDİQO - 75:98 (16:26, 20:26, 18:22, 21:24)
19:30. "Sabah" – "Sərhədçi" - 82:87 (31:30, 19:23, 21:17, 11:17)