Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Sport24.az xəbər verir ki, matçlar "Sərhədçi" İdman Mərkəzində baş tutub.

Günün ilk görüşündə "Neftçi" 82:71 hesabı ilə "Cəlilabad"ı məğlub edib. Bununla da, "Neftçi" qrupdan çıxmağı təmin edib.

Günün son oyununda qrup lideri "Xəzri" "Xırdalan"a 75:64 hesabı ilə qalib gələrək kubokun yarımfinalına yüksəlib. 

Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun "Xəzri" - "Neftçi" dueli olacaq.