Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxır. Sport24.az xəbər verir ki, yığmamız Dublində İrlandiya komandasının qonağı olacaq.

 

Qarşılaşma "National Basketball Arena"da, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

 

Qeyd edək ki, Tahir Baxşıyevin yetirmələri daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.