Azərbaycan Basketbol Liqasından pley-off mərhələsində daha bir matç keçirilib. Sport24.az NTD və "Neftçi" komandaları üz-üzə gəlib.

 

Bakı İdman Sarayında baş tutan görüşdə "Neftçi" komandası 119:99 hesablı qələbə qazanıb.


Qeyd edək ki, NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf komandalar arasında keçiriləcək üçüncü görüşdə müəyyənləşəcək.