"Gəncə" Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyununda qələbə qazanıb. Sport24.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv "Ordu" ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında baş tutan qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 85:78.
Qeyd edək ki, ilk görüşdə "Ordu" qələbə qazandığı (108:106) üçün yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.