2011-ci ildən bəri İspaniyanın "Atletiko Madrid" klubunu çalışdıran Dieqo Simeone karyerasında yeni səhifə aça bilər. Sport24.az xəbər verir ki, Argentinalı mütəxəssisin yenidən İtaliyaya qayıdacağı iddia olunur.

 

Fransanın "Foot Mercato" nəşrinin yaydığı məlumata görə, A Seriyasında çempionluğa doğru irəliləməsinə baxmayaraq, "İnter" mövsümün sonunda baş məşqçi dəyişikliyinə getməyi düşünür.

 

Rəhbərliyin hazırkı idarəetmə ilə bağlı bəzi şübhələrinin olduğu və komandanın sükanını məhz Dieqo Simeoneyə tapşırmaq xəyalı qurduğu bildirilir.

 

Xəbərdə vurğulanır ki, Milan təmsilçisi argentinalı məşqçini inandıra bilsə, dərhal bu keçidi rəsmiləşdirməyə hazırdır.


Xatırladaq ki, təcrübəli mütəxəssisin Madrid klubu ilə hələ 1+1 illik müqaviləsi qüvvədədir.