"Real"ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis istefaya göndəriləcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:
"Gələcəyimdən narahat deyiləm. Klub rəhbərliyi nə qərar versə, onunla razılaşacağam. Məyusam, komanda olaraq daha yaxşısını edə bilərdik, ancaq olmadı".
"Real" Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb. Komanda La Liqada lider "Barselona"dan 9 xal geri qalır.