İngiltərənin "Nyukasl" klubu "Sportinq"in mərkəz müdafiəçisi Usman Diomandeni heyətinə qatmaq variantını nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Eddi Haunun rəhbərlik etdiyi komanda 22 yaşlı futbolçunun transferi üçün bu dəfə daha ciddi addımlar atmağa hazırlaşır. Lakin Lissabon təmsilçisinin müdafiəçinin satışına razılıq verməsi üçün qarşı tərəfdən 40 milyon funt sterlinqdən yuxarı təklif tələb olunur.

Qeyd edək ki, "Sportinq" yaxın vaxtlarda Diomande ilə müqaviləni 2030-cu ilə qədər uzadıb və onu satmaq niyyətində deyil. Komandanın ölkə çempionluğu uğrunda mübarizə aparması da bu qərara təsir edən əsas amillərdən biridir.