"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında "Real" üzərində qələbəni (4:3) şərh edib. Sport24.az DAZN-a istinadən xəbər verir ki, qolkiper qələbəyə layiq olduqlarını deyib:

 

"Bizim üçün vacib gecə idi. Azarkeşlərimizə əsl futbolu yaşatdıq. Qol buraxandan sonra tələsmədik və sakit reaksiya verdik. Oyunun növbəti anlarında da üstünlük bizdə oldu. Rəqibi gözlədik, boşluqlarını axtardıq. Şansımız düşəndə isə bundan yararlandıq. Son dəqiqələrdəki geridönüş isə əla alındı. "Real" üzərində qələbəyə layiq idik".