"Yuventus" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Arkadiuş Milik sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Milik məşqdə zədə alıb.

 

Polşalı hücumçunun 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

 

32 yaşlı futbolçu bu mövsüm A Seriyasında 2 oyuna çıxıb.