Azərbaycanın kamandan oxatma millisi Qubada Belarus yığması ilə birlikdə toplanışdadır. Sport24.az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Aprelin 10-da start götürən və 20-nə qədər davam edəcək hazırlıq prosesinin əsas məqsədi kamandan oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər.