Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə komandamızın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.

 

Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.