"Qalatasaray"ın baş məşqçisi Okan Buruk açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis komandanın çempionluq hədəfindən söz açıb:
"Çempionluğu hər şeydən çox istəyirik. Oyunçular da arzuludur. Komandada bir az fiziki yorğunluq var. Kiçik zədələrimiz oldu, oyunçuların bəziləri ağrıları olsa da, meydana çıxdı. Toparlanmağa çalışırıq.
Son turdakı xal itkisindən sonra tənqidlərin olacağını bilirdik. Bunlara hörmətlə yanaşırıq. Bəzən təriflənirsən, bəzən tənqid olunursan. Hər bir halda, liderik və ən yaxın izləyicimiz "Fənərbağça" ilə evimizdə oynayacağıq".
"Qalatasaray" 68 xalla birinci sıradadır. İkinci pillədəki "Fənərbağça"nın 66 xalı var.