İtaliyanın "Yuventus" klubu hücumçusu Duşan Vlahoviçlə bağlı gələcək planlarını hələ tam dəqiqləşdirməyib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
"Qoca sinyora" 24 yaşlı futbolçunun müqavilə məsələsinə görə narahatdır. Belə ki, serbiyalı hücumçu 75 gün sonra azad agent ola bilər. Klub onun qalmaq istəyindən xəbərdar olsa da, tərəflər hələ maaş məsələsində razılığa gələ bilməyib.
Xatırladaq ki, uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Duşan Vlahoviç, bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 18 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.